Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xalqımızın tarixinə qanla yazılmış Xocalı”  adlı  tədbir keçirilib

24.02.2022

24 fevral 2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon MKS-nin  Qazanbulaq qəsəbə  kitabxana  filialının işçiləri  Xocalı faciəsinin  30-cu il dönümünə həsr olunmuş  “Xalqımızın tarixinə qanla yazılmış Xocalı”  adlı  tədbir keçirdilər.
      Tədbirdə Qazanbulaq qəsəbə  mədəniyyət evinin işçiləri və məktəblilər iştirak etdilər.
      Tədbiri Qazanbulaq qəsəbə  kitabxana  filialının böyük kitabxanaçısı Cəmilə Nəzərova çıxış edərək Xocalı faciəsi haqqında məlumat verdi. Mədəniyyət evinin direktoru Sərfinaz Səfərova qeyd etdi ki, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı Soyqırımından 30 il ötür. Çıxışçılar bildirdilər ki, 44 günlük sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.

 

114.4 KB